Xəbərlər

Azərbaycan MDB ölkələri ilə 3 milyard dollara yaxın ticarət edib
23 yanvar, 2015 01:58

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 28% az olub.

Ötən il Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin 2 mlrd. 083 mln. 187 min dolları idxalın, 838 mln. 056 min dolları isə ixracın payına düşüb.

Hesabat dövründə Azərbaycanın MDB ölkələrinə ixracı 2013-cü illə müqayisədə 44%, MDB ölkələrindən idxalı isə 18 % azalıb.

Ötən il MDB ölkələrinə ixrac Azərbaycanın ümumi ixracının 4%-ni,  bu ölkələrdən idxal isə ümumi idxalının 23%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət apardığı MDB ölkəsi Rusiya olub. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 954 mln. 751 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 6%-i deməkdir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 24% azalıb.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 1 mlrd. 314 mln. 480 min dolları idxalın, 640 mln.271 min dolları ixracın payına düşüb.

Rusiya Azərbaycanın ən çox ticarət apardığı ölkələr arasında dördüncü, ən çox mal idxal etdiyi ölkələr arasında birinci, mal ixrac etdiyi ölkələr arasında isə onuncu ölkə olub.

Qeyd edək ki, ötən il Azərbaycanın ticarət dövriyyəsinin həcmi 31 mlrd. 016 mln. 305 min dollar təşkil edib ki, bunun  da 21 mlrd. 828 mln. 608 min dolları ixracın, 9 mlrd.187 mln. 696 min dolları isə idxalın payına düşüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.