I Avropa Oyunları ilə əlaqədar Bakı Metropolitenində elektron tablolar quraşdırılır
22 yanvar, 2015 01:54
Bu barədə Gün.Az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
O qeyd edib ki, stansiyalarda elektron tablolar quraşdırılır.
Onun sözlərinə görə, bu tablolar iki dildə olacaq və oradakı məlumatları istənilən vaxt dəyişmək mümkün olacaq.
“Bu həm də metro stansiyalarda məlumatverici lövhələrdir”.
Qeyd edək ki, I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.