Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub
22 yanvar, 2015 02:11

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” portalının istifadəçilərinin 42%-i nazirliyin təklif etdiyi e-xidmətlərdən istifadə edib. Ümumilikdə, ƏƏSMN-nin təqdim etdiyi elektron xidmətlərdən 2,5 mln. dəfə istifadə olunub.

Məlumata əsasən, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya texnologiyalarının tətbiqi işlərinin xeyli genişləndirilməsi, yeni elektron xidmətlərin yaradılması ilə müşayiət edilib. Bu dövrdə əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi, Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılaraq tətbiq olunub. 

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Onlayn müraciət”  e-xidmətləri hazırlanaraq istifadəyə verilib. Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi”nin informasiya sistemi qurulub, digər qurumların informasiya ehtiyatları ilə inteqrasiyanın və korporativ şəbəkənin təhlükəsizliyinin təmin edilməsi, nazirliyin inzibati binasında lokal şəbəkənin tənzimlənməsi və s. işlər ararılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.