Xəbərlər

Erməni deputatlar AŞPA-dan imtina etdi
23 yanvar, 2015 02:02

Buna səbəb bəzi deputatların bu heyətin tərkibində olmasından imtina etməsi olub.

Gün.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Ermənistanın parlamentindən "Çiçəklənən Ermənistan" Partiyasından olan deputat, AŞPA nümayəndə heyətinin üzvü Naira Zoqrabyan təşkilatın Strasburqda keçiriləcək növbəti sessiyanın işində iştirakdan imtina edib. O,imtinanın səbəbinin şəxsi xarakter daşıdığını bildirsə də, amma mətbuat bunun heç də belə olmadığını yazıb.

Belə ki, yanvarın 26-30-da Strasburqda keçiriləcək növbəti iclasad Ermənistanı ciddi təzyiqlər gözləyir. Ölkədəki ictimai-siyasi vəziyyətin ürəkaçan olmadığını, Ermənistanın Rusiya ilə münasibətlərinin Qərbdə yaxşı qarşılanmadığını, eləcə də AŞPA-da götürülən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabatın kəskin reaksiyalar yaradacağını nəzərə alan deputat uzaqgörənlik edərək bu addımı atır.

Nümayəndə heyətinin tərkibindən çıxmağa qərar verən digər deputat, "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Vaqe Ovannisyan jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

"Joxovurd" qəzeti daha əvvəl yazmışdı ki, Ermənistan parlamentəki fraksiyanın nümayəndələri, deputatlar Naira Zoqrabyan, Vaqe Ovannisyan və Levon Zurabyan AŞPA-nın qış sessiyasına qatılmayacaq. Parlament üzvləri sağlamlıqlarında problemlərlə əlaqədar Strasburqa gedə bilməyəcəklərini bəhanə gətirmişdilər.

Onlar indiki hakimiyyətə müxalifət olan "Çiçəklənən Ermənistan" Partiyasından seçilmiş qərbpərəst deputatlar sayılırlar.

Ümumiyyətlə, AŞPA-da erməni nümayəndə heyətinin tərkibinə parlamentin vitse-spikeri Ermine Naqdalyan, "Respublika" fraksiyasının üzvləri Arpine Ovannisyan və Naira Karapetyan, "Orinas yerkir" fraksiyasının katibi Mqer Şaxqeldyan və "Daşnaksutyun" fraksiyasının rəhbəri Armen Rustamyan daxildir. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.