34 il axtarışda olan kişi tutuldu
22 yanvar, 2015 02:00
Sem Harris 1980-cı ildə Missisipi ştatında cəza çəkdiyi həbsxanadan qaçıb. Oğurluq üstündə həbsxanaya düşən Sem, qaçarkən 27 yaşı olub. O, cəzasının 4 ilini çəkdikdən sonra bu addımı atıb.
O vaxtdan müxtəlif adlarla müxtəlif şəhərlərdə yaşayaraq hökumətdən gizlənməyə nail olub.
Harris Vellinqtonda öz evinin yaxınlığında saxlanılıb. O, yaxın zamanlarda Missisipidə məhkəmə qarşısına çıxarılacaq.
Polisin uzun illərdən sonra Sem Harrisin izinə necə düşməsi barədə açıqlama verilmir.