İlham Əliyevin Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşü olub - Fotolar
21 yanvar, 2015 17:28
AzərTAc-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.
Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.