Aleksandr Əliyevə Azərbaycandan təklif
19 yanvar, 2015 17:27
ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiyanın 1-ci dəstə təmsilçisi "Anji"dən qarşılıqlı razılıq əsasında ayrılan təcrübəli futbolçunun agenti Kamil Məmmədov vidalaşmağın səbəbini müştərisinin az oyun şansı qazanması ilə əlaqələndirib.
Ukraynanın segodnya.ua portalına danışan Məmmədov yarımmüdafiəçiyə 2 türk klubunun, habelə Azərbaycan təmsilçilərinin maraq göstərdiyini bildirib:
"Aleksandr iki türk klubunun maraq dairəsindədi. Yaxın 2 gündə hər şeyə aydınlıq gələcək. Azərbaycan? Bu ölkənin klubları müştərimə maraq göstərirdilər. Lakin bu haqda danışmağa ehtiyac yoxdu".