5 yaşlı uşaq körpə qardaşını güllələdi
20 yanvar, 2015 17:18
APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, 2 gün öncə ABŞ-ın Kanzas Siti şəhərində mənzildə tapança aşkarlayan uşaq silahı kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb. Körpə aldığı ağır yaradan hadisə yerində ölüb.
Polis baş vermiş insidentin bədbəxt hadisə olduğunu bildirib. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən “Walmart” super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib. 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib.
Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb.