Xəbərlər

Yaponlar İŞİD terrorçularının başlarına oyun açdılar
21 yanvar, 2015 17:18
Hadisə baş verəndən sonra “İSİS japan” haştaqı ilə yaponlar terrorçunun və girovların başına gətirmədiyi oyunları qoymayıblar. Üzü maskalı terrorçu yaponlar üçün nədənsə gülməli gəlib.
 
Kreativ yaponlardan kimisi terrorçunu yerli cizgi filmlərinə, kimisi yerli siyasətçilərə, bəziləri isə dünyanı qorxudan bu insanı qapaq açmaq üçün alətə çevirib. Ondan hətta satirik niyyətlə belə istifadə ediblər. Montaj olunmuş şəkillər arasında “mikki maus” İŞİD-çi, Şimali Koreya başçısı Kim Çen In başlı İŞİD-çi belə var.
 
Qeyd edək ki, İŞİD terror qruplaşması Kenzi Qoto və Haruna Aykava adlı iki yapon əsirlərinin videosunu yayımlayıb. Girovların azad edilməsi üçün 200 milyon dollar tələb edən İŞİD həmin məbləğ 72 saat ərzində ödənilməyəcəyi təqdirdə, girovların edam olunacağı bildirilir.
 
Yaponiya hökumətinin səlahiyyətlisi Yoşihide Suqa verdiyi açıqlamada bildirib ki, girovların azad olunması üçün lazım olan bütün addımlar atılacaq:
 
“İki Yaponiya vətəndaşını öldürmək barədə İŞİD yaraqlılarının hədəsi qəbul olunmazdır. Biz bu insanların həyatını qorumaq üçün lazım olan bütün addımları atacağıq. Tələb olunan məbləğin ödənilməsinin mümkünlüyünü inkar etmirik və hazırda bu variant nəzərdən keçirilir. Məsələ ilə əlaqədar hazırda Fələstində səfərdə olan baş nazir Şinzo Abe ilə əlaqə saxlamışam. Baş nazir bildirib ki, Yaponiya insan həyatının prioritet olması mövqeyindən çıxış edəcək”, - deyə siyasətçi bildirib.
 
Xatırladaq ki, Yaponiya hərbi qüvvələri Birləşmiş Ştatların başçılığı ilə İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı 1700-dən çox hava hücumunu həyata keçirən koalisiyaya daxil deyil.
 
Yaponiya 200 milyon dolları versə belə İŞİD-in təbliğatı ilə belə oynayan yaponlar çox yadda qalacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.