Məhbus həbsxanada cinsiyyətini dəyişdirdi
21 yanvar, 2015 17:17
“Vatan” qəzetinə istinadən xəbər verir ki, İstanbul Maltepe Həbsxanasında cəza çəkən 28 yaşlı Y.A. adını və cinsiyyətini dəyişdirmək üçün məhkəməyə müraciət edib.
Mərərə Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Y.A.-nın həqiqətən, cinsi orientasiya məsələsində ciddi problem yaşadığına dair raport hazırlayıb. Raportun təsdiqlənməsindən sonra Y.A.-nın adı Aslı A. olaraq dəyişdirilıib.
Aslı A.-nın cinsiyyət dəyişdirmə istəyi isə 1 ay sonra qəbul edilib. Bunun üçün təcili əməliyyat keçirilməsinin zəruriliyi əks olunan qərar Maltepe Həbsxanasının rəhbərliyinə göndərilib.