Xəbərlər

Nazir:“3-4 aya ünvanlı sosial yardım almaq prosesi tam elektonlaşacaq”
20 yanvar, 2015 17:15
Gün.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə bildirib.
 
Onun sözlərinə görə, yardım almaq istəyənlər info köşklər v və ya elektron vasitələrlə müraciət edəcəklər və müraciət edən şəxslərin ünvanlı sosial yardım almaq üçün hüququ nazirlik tərəfindən avtomatlaşdırılmış qaydada araşdırılacaq.
 
Nazir bildirib ki, bir ay müddətində onlara SMS-info vasitəsilə ünvanlı sosial yardımın təyin olunub-olunmadığı, əgər təyin olunubsa məbləği, plastik kartlarını hansı bankdan alacaqları barədə  məlumat göndəriləcək.
 
S. Müslümov bu prosesin 3-4 aya tam yekunlaşacağını qeyd edib.
 
Nazir əvvəlki illərdə haqqı olmayan şəxslərin də yardım almasından danışaraq bildirib ki, keçən il dekabrın 1-də 143 min ailəyə ünvanlı sosial yardım ödənilirdisə, bu il dekabrın 1-ə onların sayı 92 minə qədər edib.
 
“Ünvanlı sosial yardımlar artıq qanuni hüquqi olanlara verilir. İl ərzində yoxlama həyata keçirilib. Çoxlu sayda nəqliyyat vasitəsi ola-ola ünvanlı sosial yardın alanlar var idi, çoxlu sayda böyük xərci,  krediti olan şəxslər yardım alırdı.Yəni, ünvanlı sosial yardıma hüququ olmadan yardım alırdılar. Yenidən müraciət zamanı onların hüququnun olmadığı bildirildi. Nəticədə yardım alanların sayı aşağı düşdü. Eyni zamanda, bir ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği 30 manat artaraq, 155 manata qalxdı. Bu proses davam edəcək”.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.