Xəbərlər

Qənirə Paşayeva: “Dilinə sahib ola bilməyənlər...”
16 yanvar, 2015 12:36

Dünyada bəlkə də ən çətin işlərdən biri insanın öz dili ilə  (onu tez-tez günahlara batıran dili ilə!) mübarizəsidir... 

Dünyada bəlkə də ən çətin işlərdən biri dilinə yiyə dura  bilməkdir – insanı bağışlanması mümkün olmayan günahlara batıran dili ilə...

İnsan günah danışmaqdan çəkinməlidir, qorxmalıdır.  Dəqiq görmədiyi, bilmədiyi, əmin olmadığı... pis şeyləri da-nışmaqdan. Çünki bir çox hallarda məhz dil böyük faciələrə  yol açıq, insanların həyatını, gələcəyini məhv edir. Və məhz  dil insana cəhənnəmin qapısını elə bu dünyada açır... Sokra-tın ünlü bir hekayəti var. Çox sevirəm bu hekayəni. Sadə bir  hekayədir, amma anlayana hikmətlə doludur, düşündürücüdür. 
Bir gün Sokratla rastlaşan bir tanışı deyir:

- Bilirsənmi, dostunla bağlı nələr eşitmişəm?
- Bir dəqiqə gözlə, – deyir Sokrat. Həmən də əlavə edir:
- Mənə bir şey söyləmədən öncə səni kiçik bir testdən  keçirmək istəyirəm. Buna Üçlü Filtr testi deyilir.
- Üçlü Filtr? – adam ilgi ilə soruşur.
- Bəli, – deyir Sokrat. – Bu mənimlə dostum haqqında  danışmazdan öncə nə söyləyəcəyini filtr etmək üçün yaxşı  bir fikir ola bilər və davam edir:
Birinci filtr, gerçəklik filtridir...
- Mənə bir azdan söyləyəcəyin şeyin tam olaraq gerçək  olduğuna əminmisən? - deyə Sokrat soruşur.
- Xeyr – deyir adam: Əslində, bunu sadəcə (olaraq) eşitdim...
- Tamam, – deyir Sokrat. – Deməli, sən bunun gerçəkdən  doğru olub-olmadığını bilmirsən. İndi ikinci filtrə keçək... 
Dostum haqqında mənə söyləmək istədiyin şey yaxşı bir  şeydimi?
- Xeyr, tam tərsi, – deyir adam.
- Deməli, onun haqqında mənə pis bir şey söyləmək isətıyirsən və onun da doğru olub-olmadığına əmin deyilsən,  eləmi?
- Bəli, - deyir adam.
- Yenə də testi keçə bilərsən. Çünki hələ bir filtr qalıb,  – deyir Sokrat. – İşə Yararlılıq Filtri! – Və soruşur: - Mənə  dostun haqqında deyəcəyin şey mənim işimə yarayarmı?
- Xeyr, tamamilə xeyr! – deyir adam.
- Tamam, – deyir Sokrat. – Əgər mənə söyləyəcəyin şe-yin tam doğru olduğunu bilmirsənsə, o iş yararlı, yaxşı bir şey deyilsə, onu mənə niyə söyləyəsən ki?!. 
Bəli, toplumda qeybət, yalan dedi-qodular, böhtanlar o  zaman azalacaq ki, Sokrat kimi onları dinləmək istəməyən-lərin sayı artacaq. Sokrat kimi düşünərək o dedi-qodunu,  qeybəti danışan insan düşünməyə və günahdan yayınmağa  çağıran insanların sayı artacaq. Hər kəs danışanda, qeybət-dən, dedi-qodudan şikayətçidir, amma onun azalması bizdən  keçir. – Özümüzdən!.. Dinləmək istəyənlərin sayı azalarsa, dedi-qodular da azalar...

Bir də, dedi-qoduları dinləməyi sevənlərin sayı yetərincə  çox olsa da, toplumda normal insanlar arasında onların heç  bir zaman yaxşı imici, reputasiyası olmamışdır, yoxdur, olmayacaq da! 

Yazımı Sokratla başlamışdım, onun ünlü bir fikri ilə də  tamamlamaq istəyirəm. Bir gün Sokrata birisi “filankəs sənin haqqında mənfi şeylər, pis şeylər danışır” deyir. Sokrat bunu çox adi qarşılayaraq, belə deyir: “O, onsuz  da yaxşı şey danışmağı heç zaman dilinə öyrədə bilmədi...”

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.