23 yaşlı idmançı qız məşqdə öldü
15 yanvar, 2015 12:35
ANS PRESS-ə istinadən xəbər verir ki, 23 yaşlı rusiyalı tennisçi Violetta Deqtyarevanın vəziyyəti məşq zamanı pisləşib.
O, ürək çatışmazlığı nəticəsində keçinib. Onun ölümü barəsində moldovalı rəfiqəsi məlumat yayıb.
Violetta dünya tennisçilərinin reytinq cədvəlində cütlüklər arasında 952, tək isə 1018-ci yerdə olub. Peşəkar idman karyerasında 532 oyun keçirib.
Qeyd edək ki, dekabr ayında daha bir rus idmançı məşq zamanı keçinmişdi. MOİK-in gənc basketbolçusu Ruslan Qaqloev 17 yaşında idman hərəkətləri yerinə yetirərkən qəfildən ölüb.