Xəbərlər

Ancelina Colinin çəkdiyi filmin Bakıda nümayişinə başlanılır
15 yanvar, 2015 12:30

Kinoteatrın mətbuat xidmətindən Gün.Az-a verilən məlumata əsasən, Fransa istehsalı olan “Girov 3” filmini Lyuk Bessonun ssenarisi əsasında rejissor Olivye Maqaton döyüş və kriminal triller janrında çəkib. “Bu sondur” şüarı ilə təqdim edilən filmin  yaş məhdudiyyəti 16 yaşdan yuxarıdır.

Keçmiş dövlət agenti Brayan Millsin həyatı darmadağın olur, onu etmədiyi cinayətdə - adam öldürməkdə günahlandırırlar. Polis inspektorunun nəzarəti altında olmağına  baxmayaraq  Brayan əsl cinayətkarın izini özü tapmağa çalışır.

Filmdə baş rollara Liam Nison, Forest Uitaker, Famke Yanssen, Meqqi Qreys, Düqrey Skott, Don Xarvi, Dilan Bruno, Devid Uorşofski, Con Qrayz, Endrü Borba  və başqaları çəkiliblər.

Amerika istehsalı olan “Sınmayan” filmini isə  Koen qardaşlarının  ssenarisi əsasında, bu dəfə özünü rejissorluqda sınayan cazibədar Ancelina Coli çəkib. Film bioqrafik hərbi dram  və idman janrındadır.Yaş məhdudiyyəti isə 16 yaşdan yuxarıdır.

Real hadisələr üzərində qurulmuş film, 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında iştirak etmiş amerikalı Lui Zamperinin həyatından bəhs edir. Final qaçışda qalibiyyət qazanmayan idmançı, aydın olmayan  səbəbdən Hitlerin diqqətini çəkir və o, idmançını lojasına dəvət edir. Növbəti Olimpiya oyunlarında Zamperinin iştirakı guman edilsədə, İkinci Dünya müharibəsinin başlaması onun idman karyerasına son qoyur. Cəbhəyə yollanan Lui yaponların əsirliyinə düşür və ağır işgəncələrə məruz qalır.

Rolları aktyorlar  Cek Okonnell, Donal Qlison, Takamasa İsixara, Qarret Xedlund, Finn Uittrok, Mettyu Kroker, Cay Kortni, Maddalena İskyale, Vinçenso Amato, Con Maqaro və başqaları canlandırıb.   

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.