Misir Mədəniyyət Mərkəzindən verilən məlumata görə, mərkəzin müdiri Dr. Ahmed Sami Elaydi bu görüşdən məmnunluğunu bildirib, Azərbaycan Milli Kitabxanasının fəaliyyətini yüksək qiymətləndirib.
Professor K. Tahirov 28 yanvarda Misirdə keçiriləcək 46-cı Beynəlxalq kitab sərgisində Azərbaycanı təmsil edəcək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə Milli Kitabxanadan xeyli sayda kitab verildiyini deyib.
O, Azərbaycanın bu sərgidə iştirakının vacib olduğunu, ölkənin tanıdılması, coğrafiyasının genişləndirilməsi, üçün bədii qiraətin, kitabın böyük rolundan danışıb. Bundan başqa professor, Misirə etdiyi səfərlərdən, bu səfərlər zamanı aldığı təəsüratlardan, İsgəndəriyyə kitabxanasının müdiri İsmayıl Səragəldinin Azərbaycan Milli Kitabxana ilə tanışlığından söhbət açıb.
Ahmed Sami Elaydi vaxtilə Azərbaycan Milli Kitabxanasının üzvi olduğundan və buradakı kitablardan öz elmi işlərinin yazılmasında istifadə etməsindən, Misirin qabaqcılq universitetlərindən olan Ayn Şəms Universitetində Azərbaycan dilinin tədrisindən və bu Universitetdə Azərbaycana aid guşə yaradılması təklifini irəli sürüb.
Mərkəzin rəhbəri Azərbaycan haqqında Misir xalqının çox məlumatlı olduğunu, Azərbaycanın tarixi, Qarabağ haqda bir sıra əsərlərin, məqalələrin ərəb dilinə tərcümə olunub Misir oxucularına çatdırılmasının və Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanası arasında müqavilənin yenidən imzalanmasının vacibliyini qeyd edib.
Daha sonra Milli Kitabxananın direktoru Misir Mədəniyyət Mərkəzindəki şərait və bir sıra sahələri əhatə edən kitabxanası ilə tanış olub.
K. Tahirova müqəddəs Qurani Kərim hədiyyə olunub. O da öz növbəsində Mərkəzin kitabxanasına Azərbaycanın xəritəsini, xalçalarını, miniatürlərini, İçərişəhərin tarixini əks etdirən kitablar hədiyyə edib