Xəbərlər

Tovuzda gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı tədbir keçirilib
15 yanvar, 2015 12:26

Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar  İnstitutu” İctimai Birliyi (ABAİ İB) Tovuzda çoxlu sayda şagirdlərin,  gənclərin iştirakı ilə gənclər arasında zərərli vərdişlərin artmasına qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil edib.  

Tədbirdə bütün dünyada məhşur olan  “Siqareti  atmanın asan yolu” kitabı da təqdim olunub və gənclərə hədiyyə edilib. Q.Paşayeva çıxışında hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib:

“Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik.

Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”.

Şagirdlər və gənclərlə  görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan Q. Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq.

Q.Paşayeva bildirib ki, rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi  məşhur “Siqaretdən asan xilas olmanın yolu” kitabı “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) gənclərə hədiyyə edib.

Deputat gənclərlə söhbətində, “Siqareti atmağın asan yolu”  kitabını təkcə siqaretdən istifadə edənlərin deyil, etməyən gənclərin də oxumasını xahiş edib:

“İnanıram ki, onu oxuyan bir gənc insan siqaret çəkməyə başlamaz, çünki onun nə qədər böyük bir düşmən olduğunu anlayar. İnşaallah söhbətlər, müzakirələr və çoxlu sayda hədiyyə etdiyimiz Alen Karr kitabları faydalı olar və gənclər arasında insan üçün çox zərərli olan bu vərdişdən xilas olanların sayı artar”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.