Avropa İttifaqının XİN rəhbərləri rus dilində telekanalın yaradılmasını müzakirə edəcəklər
14 yanvar, 2015 12:24
TASS-a istinadən xəbər verir ki, bu məlumatı Avropa İttifaqının yüksək vəzifəli şəxsi təsdiq edib.
O bildirib ki, bu məsələni, onun reallaşdırılması imkanları və resursları mütləq müzakirə ediləcək.
Qeyd edək ki, daha əvvəl Aİ-ə sədrlik edən Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib ki, yeni rus dilli kanalın yaradılması imkanları nəzərdən keçirilir. Onun sözlərinə görə, bu ideya 15-ə yaxın Aİ üzv dövləti tərəfindən dəstəklənir.