Bakıda ən bahalı və ən ucuz torpaq sahələri hansı rayonlardadır?
14 yanvar, 2015 12:19
Xəbər verir ki, bu barədə “MBA Consulting Group” şirkətinin monitorinq qrupunun hesabatında qeyd olunub.
Hesabata görə, dekabr ayının nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 2,38% artıb.
Bakı şəhəri rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu və Səbail rayonlarında qeydə alınıb, müvafiq olaraq -6,51%, -7,44% və -5,46%.
Hesabatda qeyd olunub ki, ümumilikdə torpaq bazarında qiymət azalması olmasına baxmayaraq, Abşeron rayonunda torpağın qiymətində artım qeydə alınıb.
“Bunu mərkəzi rayonlarda torpaq qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə nəzərə alsaq ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı artır, o zaman, mərkəzdən kənar rayonlarda torpaq sahələrinin qiymətinin artmasını bazara uyğun hesab etmək olar. Son dekabr ayı üçün torpaq bazarında Abşeron rayonu istisna olmaqla, digər rayonlarda passivlik müşahidə edilib.
Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Yasamal rayonunda, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Priküşkül qəsəbəsində qеydə alınıb, müvafiq olaraq 290 000 $/sot və 510$/sot”-,hesabatda qeyd olunub.