Xəbərlər

Bakıda ən bahalı mənzil hansı rayondadır?
15 yanvar, 2015 12:18
Bu barədə MBA konsaltinq qrupunun hesabatında qeyd olunub.
 
Ümumilikdə, son ilin dekabr ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və çox otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 3,13%, 2,59% və  2,78% artım vardır. Üç otaqlı mənzillərin qiymətində isə -2,79% azalma müşahidə olunub.
 
Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. İki, üç və çox otaqlı mənzillərin təklif sayında azalma, bir otaqlı mənzillərin sayında isə artım müşahidə olunub. 
 
Nəticə оlаrаq isə daha çox azalma iki və daha artıq otaqlı mənzillərin payına düşüb. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “fransız” və “eksperimental” layihəli binalarda müşahidə olunub.
 
Təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 4 otaqlı mənzildə qeydə alınıb.
 
“28 May” metrostansiyası yaxınlığında yerləşən 150 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4500 manat təşkil edib. Kvadratmetrinin dəyərinə görə qeydə alınan ən ucuz mənzil isə Nəsimi rayonunda, 3-cü mikrorayon ərazisində yerləşən 230 kv.m-lik sahəyə malik yeni tikili, 4 otaqlı mənzildə qeydə alınıb, 650 AZN/kv.m. 
 
Bakı şəhəri üzrə 2014-cü ilin dekabr ayında təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzil Xətai rayonunda qeydə alınıb. 
 
Xətai m/st. yaxınlığındakı 267 kv.m sahəyə malik olan mənzilin satışa çıxarılan təklif qiyməti 1 500 000 $ dəyərində olub. Ən ucuz mənzil isə Abşeron rayonu, Masazır qəsəbəsində yeni tikilən binada qeydə alınıb. 37 kv.m sahəyə malik olan 1 otaqlı mənzilin satışa təklif qiyməti 44 500 $ dəyərindədir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.