Azərbaycanda 7 mindən çox müəssisə yaradılıb
15 yanvar, 2015 12:17
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yeni müəssisələrin 57,4 faizi Bakıda, 9,8 faizi Aran, 7,9 faizi Abşeron, 7,0 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə 75126 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.