Azərbaycan ötən il 31 milyard dollarlıq ticarət əməliyyatı aparıb
16 yanvar, 2015 12:17
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 10 % azalıb.
Hesabat dövründə ticarət dövriyyəsinin 21 mlrd. 828 mln. 608 min dolları ixracın, 9 mrld. 187 mln. 696 min dolları isə idxalın payına düşüb.
Beləliklə, ticarət dövriyyəsində 12 mlrd. 640 mln. 912 min dollar həcmində müsbət saldo yaranıb.
Ötən il ixrac əməliyyatları 2013-cü ilə nisbətən 9%, idxal əməliyyatları isə 14% azalıb.
2014-cü ildə 6146 çeşiddə mal idxal olunub, 2 151 çeşiddə mal isə ixrac olunub.
İxrac əməliyyatlarının 94%-i və ya 20 mlrd. 481 mln. 080 min dolları dövlət sektoru, 5%-i yaxud 1 mlrd.121 mln. 335 min dolları özəl sektor, 1%-i və ya 226 mln. 191 min dolları isə fiziki şəxslər vasitəsilə həyata keçirilib.
İdxal əməliyyatlarının isə 70%-i yaxud 6 mlrd. 482 mln. 971 min dolları özəl sektor üzrə, 25%-i və ya 2 mlrd. 340 mln. 511 min dolları isə dövlət sektoru üzrə həyata keçirilib.
Ötən il idxalın 364 mln.213 min dollarını fiziki şəxslər həyata keçirib.
Hesabat dövründə idxalın ən yüksək həddi dekabr ayında (1 mlrd. 075 mln. 576 min dollar), ən aşağı həddi isə yanvar ayında (535 mln. 833 min dollar) qeydə alınıb.
Ötən il Azərbaycan ən çox may ayında (2 mlrd. 323 mln. 081 min dollar), ən az isə dekabr ayında (1 mlrd. 115 mln. 148 min dollar) mal ixrac edib.