Xəbərlər

Rafael Cəbrayılov: “Yollarımızda sanki müharibə gedir...”
12 yanvar, 2015 00:05
- Bilirsiniz, bu, sırf nəzəri bir məsələdir. Ancaq nəzəri məsələ olsa belə, elə də  çətin bir məsələ deyil. Bu, hamının anlayacağı bir məsələdir. Hansı ictimai münasibətlər olursa-olsun, cəmiyyətdə nə baş verirsə-versin, bunun mərkəzində bir insan faktoru durur. İnsan bütün ətrafını dəyişməyə çalışırsa, hətta, inqilab etmək fikrinə düşürsə, bütün cəmiyyəti yaxşılaşdırmaq, ən ülvi ideyaları həyata keçirmək istəyirsə, inanın, əgər o özü dəyişməsə, bunu həyata keçirmək mümkün olmaz. İnsan özü dəyişməlidir. 
 
Qərb fəlsəfəsi ilə Şərq fəlsəfəsinin arasında da çox fundamental bir fərq elə ondan ibarətdir ki, Qərb fəlsəfəsində bütün ətrafı dəyişməkdən söhbət gedir, amma Şərq fəlsəfəsinin əsasında, ana xəttində insanın özünün-özünü dəyişməsindən söhbət gedir. 
 
Sən birinci özünü, ətrafına baxışını dəyişməlisən. Baxın, Azərbaycan varlı bir dövlətə çevrilib, günü-gündən də sürətlə inkişaf edir. Bununla belə, sanki biz mənəvi baxımdan inkişaf etmirik, bunları görə bilmirik.
 
Məsələn, Azərbaycanın əhalisi qədər İsveçin əhalisi var, yəni, təxminən 9 milyon əhalisi var. Onlar da 100 avtoqəzada ölüm faizi bilirsiniz nə qədərdir? Cəmi 2 faizdir. Bu o deməkdir ki, 100 avtoqəzada 2 adam ölür...
 
Bundan əlavə, Avstriyanın təxminən 8 milyon əhalisi var, onlarda avtoqəzalarla bağlı ölüm faizi 2,7 faizdir. Ümumiyyətlə, Avropada 4 faizdən artıq ölüm yoxdur. Türkiyədə 5 faizdir. Yəni, bu o deməkdir ki, 100 avtoqəzanın 5-də insan ölür. 
 
- Azərbaycanda bu “rəqəm”, bu “göstərici” necədir? 
 
- Mənim avtoxuliqanlığın kriminallaşdırılması ilə bağlı bir monoqrafiyam var idi, kitab şəklindədir, satışda da var. Mən orada göstərmişəm və qeyd etmişəm ki, Azərbaycanda bu yöndə statistik məlumatlara baxanda, sanki adama belə gəlir ki, Azərbaycanın avtomobil yollarında aktiv döyüş əməliyyatları, müharibə gedir.
 
Bizdə bu rəqəm bilirsiniz neçədir? 33-36 faiz arasıdır. Təsəvvür edin ki, üç avtoqəzanın birində insan ölür, bu, dəhşətli bir statistikadır. 100 avtonəqliyyat qəzasında 33-dən 36-ya qədər insanın ölməsi, bu, dəhşətdir, böyük faciədir. 
 
Eyni zamanda, statistika onu deyir ki, ölümlərin sayının 3 misli qədər də yaralılar olur. Yəni, bu, “qayda”dır, həmişə belə olur. Keçən ilin statistikasına görə, avtoqəzalar zamanı təxminən 1200 nəfər ətrafında adam ölüb.
 
Onu nəzərə alın ki, təxminən 3600-3700 nəfər də xəsarət alır. Gəlir üst-üstə xəsarət alanlar, ölənlər hamısı bir yerdə beş minə çıxır.
 
Təsəvvür edin ki, Qarabağda aktiv döyüş əməliyyatları gedəndə ildə heç 1200-1300 adam ölmürdü. Demək istəyirəm ki, bunun səbəblərinin əsasında insan faktoru durur. Bu səbəblər də açıq-aydındır. Dünyada bütün nəzəriyyəçilərin işləyib hazırladığı, praktiklərin təsdiqlədiyi səbəblər aydındır: sürücülük mədəniyyətidir, maksimum sürət həddini aşmaqdır, avtomobili sərxoş vəziyyətdə idarə etməkdir, sürücü peşəkarlığının aşağı səviyyədə olmasıdır. 
 
Baxın, yuxarıda da dediyim kimi, Azərbaycan sürətlə inkişaf edir, heç kim də bunu inkar edə bilməz. Amma baxın, yollarımızda müharibə gedir. Sovet maşınları sürülən vaxtında heç bu qədər insan yollarda ölmürdü...
 
- Yeri gəlmişkən, bəzən görürsən ki, avtoqəzalar daha çox imkanlı şəxslər və ya onların övladları tərəfindən törədilir, həmçinin avtoxuliqanlıqlar, “avtoş”luqlar da...
 
- Mən sizinlə tamamilə razıyam. Bəli, hansısa imkanlı insanların uşaqlarının da burada günah payı çoxdur. Bəli, harınlamış uşaqların çıxardığı oyunlar da günümüzün “reallıqları”dır. Amma, bu, tamamilə başqa mövzudur. Yenə də deyirəm, bu məsələdə sizinlə tam razıyam, avtoxuliqanlıq edən var, elə məsələlər var ki, bəli, polis də lazımi tədbirini görə bilmir.
 
Əgər Azərbaycanın yollarında bir ildə 1200 ətrafında insan dünyasını dəyişirsə, bunun tək səbəbi bu, deyil axı?! Demək istəyirəm ki, siz dediyiniz mövzu bunun hamısının səbəbi deyil?! Yenə də onu vurğulamaq istəyirəm ki, insan faktoru tamamilə başqa bir məsələdir. Bir sözlə, insan dəyişməni, inqilabı özündən başlamalıdır.
 
- Rafael müəllim, burada, yəni, maarifləndirmənin yetərincə aparılmamasında medianın, KİV-lərin də hansısa məsuliyyət payımı varmı?
 
- Burada tək mediadan söhbət getmir və getməməlidir, bütövlükdə cəmiyyətə kompleks baxmaq lazımdır. Cəmiyyət özü bir vahid orqanizmdir. Cəmiyyət özü  bu bəlaların mübarizəsini özü təşkil etməlidir. Cəmiyyət özü mübarizə aparmalıdır. Amma o ki qaldı ki, medianın üzərinə düşən vəzifəyə, mən deyərdim ki, insanların maarifləndirilməsi ilə bağlı ən böyüyü elə onun üzərinə düşür. 
 
Baxın, hansı media qurumunda bir analitik yazı görürsünüz? Və ya telekanallarda analitik verilişlərin sayına baxın, görün nə qədərdir? Barmaqla sayıla bilər. Hamısı şou-biznes xəbərləridir, şou-biznes əhlinin, deməli, qarderobundan tutmuş nə bilim nəyə qədər göstərilməkdir.
 
Yəni, maarifləndirmə deyilən məsələ günün tələbləri səviyyəsində deyil. Maarifləndirmə də o demək deyil, sadəcə, hansısa bir verilişə baxasan, maarifləndirmə əslində insana həmin ideyanı təlqin etmək, çatdırmaqdır.
 
İnsanlara, tamaşaçılara məsələləri başa düşəcəyi formada çatdırmaq lazımdır.
 
Bəzən deyəndə ki, maarifləndirmə işi günün tələbləri səviyyəsində deyil, elə bilirlər şou-biznes xəbərləri, verilişləri çoxdur, bəzən cavab verirlər ki, axı, elmi verilişlərə, intellektual verilişlərə də yer ayrılır və sair. Maarifləndirmə tamam başqa məsələdir, onu digər məsələlərlə qarışdırmaq olmaz...
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.