Özbəkistan heç vaxt keçmiş SSRİ-yə oxşar birliklərə qoşulmayacaq
12 yanvar, 2015 23:49
Bu barədə Özbəkistan prezidenti İslam Kərimovölkənin yeni seçilmiş parlamentinin aşağı palatasının ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bir sıra ölkələrdə keçmiş sovet sisteminə qayıtmaq üçün cəhdlər göstərilir. Prezident əlavə edib ki, bəzi xarici telekanallarda Lenin və Stalin dövrlərinin, SSRİ zamanının təriflənməsi müşahidə olunur:
“Belə yanaşma bizim üçün qəbuledilməzdir. Bizim xalqın istəklərinə cavab verən öz inkişaf yolumuz var. Bir daha qeyd etmək istəyirəm ki, keçmişə qayıtmayacağıq”.
İ.Kərimov Özbəkistanın Avrasiya İttifaqına, yaxud Gömrük İttifaqına, hər hansı hərbi-siyasi bloka üzv olmayacağını bəyan edib.