Erməni ailəsini qətlə yetirən rus əsgər cinayətini etiraf edib
12 yanvar, 2015 23:49
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan polis rəisinin birinci müavini Unan Poqosyan bildirib.
O deyib ki, bazanı gəzinti məqsədilə tərk edib və təsadüfən Avetisyan ailəsinin evinə gedib. Su içmək üçün evə daxil olub. Rusiyalı əsgər hər şeyin bir anda baş verdiyini deyib.
Ermənistan mətbuatının məlumatına görə, erməni ailəsinin üzvlərini qətlə yetirən A.Permyakov ifadəsində bildirib ki, növbə körpə uşağa çatanda avtomat açılmayıb. Buna görə də uşağı silahın qundağı ilə öldürməyi qərara alıb.
Qeyd edək ki, V.Permyakov psixi durumunun nə yerdə olması ilə bağlı ekspertiza keçiriləcək.