Xəbərlər

“Bakı Metropoliteni”nin ilk müdavimləri Torontoda yeni texnologiyaları öyrənirlər
12 yanvar, 2015 23:37
Qurumdan Gün.Az-a verilən məlumata görə, 6 nəfərdən ibarət metropolitençi mütəxəssis heyəti Fransanın “Thales SA” şirkətlər qrupuna daxil olan “Thales Kanada”da 3 həftəlik təcrübə keçəcəklər.
 
Məlumat üçün qeyd edək ki, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq Bənövşəyi xəttə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə ilk tədris “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində aparılmışdı. Fransız mütəxəssislərin iştirakı ilə aparılan kurslar daha sonra İstanbulda davam etdirilmişdi. Türkiyədəki 3 həftəlik tədrisdən sonra metropolitençilər indiyə qədər yiyələndikləri təcrübələrinin Torontoda əyani tətbiqini həyata keçirəcəklər.
 
Bununla da 3 mərhələdən ibarət tədris prosesi başa çatdırılacaq. Kurslarda əldə edilən biliklərdən metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssislər aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.