Sərnişindaşıma 2,6 faiz bahalaşıb
12 yanvar, 2015 23:30
2014-cü ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb.
Gün.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.
Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz bahalaşıb.
Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.