Fransada terror törədənlərin fotoları yayıldı
08 yanvar, 2015 14:55
ANS PRESS-in məlumatına görə, polis fotoları hər şansı şahiddən məlumat toplamaq məqsədi ilə yayıb.
France-Press agentliyinin məlumatına görə, hadisəni törədənlər 3 nəfər olub.
Onlardan ikisi Səid və Şərif Kaşi qardaşdır.
Polis onların silahlı və təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, daha öncə qanlı terror aktını törədən 3-cü və dəstənin ən kişik üzvü Hamid Muradın təslim olduğu bildirilib.
Xatırladaq ki, adıçəkilən jurnalın redaksiyasına basqın ötən gün günorta saatlarında olub. Silahlı 3 nəfərin hücumu nəticəsində jurnalın tanınmış karikaturaçıları da daxil olmaqla 12 nəfər ölüb, 11 nəfər isə yaralanıb.