Polis Parisdəki terror aktında şübhəli bilinənin şəxsiyyət vəsiqəsini aşkarlayıb
08 yanvar, 2015 14:54
Bu barədə RİA Novosti Fransanın BFMTV telekanalına istinadən məlumat verib.
Xatırladaq ki, dünən iki nəfər “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edərək insanlara atəş açıb. Nəticədə 12 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Üçüncü ehtimal olunan terrorçu isə maşında gözləyib. Onlar hadisə yerindən qaçıb gizlənə biliblər.
Sonra axtarışı elan edilmiş cinayətdə şübhəli bilinənlərdən olan 18 yaşlı Həmid Murad polisə təslim olub və təqsirinin olmadığını deyib. Digər iki nəfərin axtarışı davam edir.