Xəbərlər

370 nəfərə yaxın əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb edilib
08 yanvar, 2015 14:52

Bu barədə Nazirlikdən Gün.Az-a məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 272 nəfəri ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) dərzi, toxucu, xalçaçı, aşpaz, kompüter istifadəçisi, bərbər və s. peşələr üzrə təlim keçiblər. Mərkəzdə peşə təlimində olduqları müddətdə onlar eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin ediliblər.

Qalan 95 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan gözdən əlilliyi olan 60 nəfər şəxs üçün  brayl sistemi üzrə xüsusi peşə təlimi kursları təşkil olunub.

Peşə reabilitasiyasına cəlb olunan və təlimi uğurla başa vuran  əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər aparılıb.

Xatırladaq ki, ötən il DMX ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.