Havanın pisləşməsi ilə əlaqədar Dəmir Yolları gücləndirilmiş rejimə keçib
08 yanvar, 2015 14:52
Quruma istinadən xəbər verir ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülür:
“İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə, yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.
Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi normal işləməsi diqqətdə saxlanılır”.
Həmçinin qeyd olunub ki, bəzi qısamüddətli gecikmələr nəzərə alınmazsa, qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir.