Xəbərlər

İlham Əliyev: Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır
07 yanvar, 2015 14:38

AzərTAc-a istinadən xəbər veerir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm".

Dövlət başçısı qeyd edib ki, tarixən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri qarşılıqlı anlaşma və hörmət şəraitində, əmin-amanlıq, dostluq və qardaşlıq mühitində yaşayıblar. Təsadüfi deyil ki, Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanınır. Bu gün milli-tarixi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən biridir:

"Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək, ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş cəmiyyəti quruculuğunda, respublikamızın inkişafı və tərəqqisi naminə aparılan böyük quruculuq işlərində yaxından və fəal iştirak edirlər.

Özündə yeniliyi, həmrəyliyi və əmin-amanlığı təcəssüm etdirən Milad bayramı xristian icması tərəfindən hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və təntənə ilə qeyd olunur. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!"

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.