Sabah Bakıda hava dəyişkən buludlu olacaq
06 yanvar, 2015 14:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə əsasən, arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Yanvarın 7-si axşam havanın kəskin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, temperaturun 1-3 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 7-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.