Şahzadə FİFA prezidenti olmaq istəyir
07 yanvar, 2015 14:25
ANS PRESS-ə istinadən xəbər verir ki, hazırda FİFA-nın vitse-prezidenti, İordaniya və Qərbi Asiya Futbol Federasiyalarının prezidenti vəzifəsində çalışan Əl-Hüseyn dünya futbolunda əsas söz sahibi olmağın vaxtının yetişdiyini bildirib.
O, diqqətləri inzibati qarşıdurmalardan idmana yönəltməyin zamanının yetişdiyini bildirib: "Bir neçə ay idi ki, bu qərar ətrafında götür-qoy edirdim. FİFA-dakı həmkalarımla fikir mübadiləsi apardıqdan sonra ali futbol qurumunun prezidentliyinə namizədliyimi irəli sürməyi qərara aldım".
Qeyd edək ki, mayda baş tutacaq seçkilərə hələlik 3 nəfər namizədliyini irəli sürüb: hazırki pezident Yozef Blatter, FİFA-nın sabiq vitse-prezidenti Jerom Şampan və Əli ben Əl-Hüseyn.