Xəbərlər

“SOCAR Türkiyə” üçün yeni ofis binasının alqı-satqı müqaviləsi imzalanıb
07 yanvar, 2015 14:20

SOCAR-ın saytına istinadən xəbər verir ki, sənədə əsasən, yeni bina 2016-cı ilin martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR Türkiyə” özünün yeni mərkəzinə köçəcəkdir. “SOCAR Türkiyə”nin Baş icraçı direktoru Kənan Yavuz imzalanma mərasimində demişdir: “Türkiyədə 20 milyard dollarlıq investisiya portfelini idarə edən və sürətlə böyüyən şirkətimizin ehtiyaclarını təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən biz yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət etdik. 

Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq “Vadistanbul Bulvar”ı seçdik. Hazırki ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik. Yeni binanı “Odeabank” ilə iki il ödəniş aparmamaq şərti ilə 10 il müddətinə götürdüyümüz kredit hesabına maliyyələşdirəcəyik. 

Bu kredit əlverişli olmaqla yanaşı, SOCAR-ın Türkiyədə icra etdiyi layihələrə bəslənilən yüksək etimadın göstəricisidir. Layihələrimiz sürətlə irəliləyərkən, şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük.” Mərasimdə vurğulanmışdır ki, “SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 milyon dollara satın almışdır. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.