“Nizami” stansiyasında eskalator təmirə dayandırılır
07 yanvar, 2015 14:18
Bu barədə Gün.Az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı bütün hazırlıqlar görülüb.
N. Paşayev bildirib ki, yanvarın 8-dən təmirə dayandırılacaq eskalatorun bütün hissələri söküləcək.
“Fevralın 7-nə qədər eskalatorun yenidən istifadəyə verməsi planlaşdırılır. 3 saylı eskalatorun əsaslı təmirə dayandırılması planlaşdırılmış işlər çərçivəsində həyata keçirilir. Hər bir eskalator müəyyən edilmiş yürüş məsafəsini tamamladıqdan sonra cari və əsaslı təmirə dayandırılır. Bakı Metropoliteni QSC yaranacaq narahatçılığa görə sərnişinlərdən üzr istəyir”-, o əlavə edib.