Xəbərlər

Gənclər və idman naziri Azad Rəhimov 2014-cü il barədə nələri dedi
30 dekabr, 2014 11:23

görüş çərçivəsində 2014-cü ildə gənclər, idman və digər sahələrdə görülmüş işlər haqqında danışıldı, mətbuat nüməyəndələrini maraqlandıran bir sıra suallara cavab verildi.

Gənclər

"Gənclər evi"nin sayı 30-a  çatmışdır. Daha 3 (Sumqayıt, Qaradağ və Binəqədi) "Gənclər ev"lərinin inşası başa çatdırılmışdır və bu obyektlər yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Ölkənin ilk “Gənclərin Sağlamlıq və İstirahət Mərkəzi” Daşkəsəndə yaradılmışdır.

2014-cü ildə 21 ölkədə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələr keçirilmiş, 174 qalibin ölkəmizə səfəri təşkil edilmişdir. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilmiş, 3 minədək esse təqdim edilmiş, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər etmişdir. 

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Univiziya” tələbələrin III Milli mahnı və eyni adlı II Beynəlxalq mahnı müsabiqələri keçirilmişdir. Tədbirdə 20 ölkədən 90 nəfər istedadlı tələbə iştirak etmişdir.

26 oktyabr-01 noyabr 2014-cü il tarixlərdə Bakı şəhərində Gənclər siyasəti üzrə Birinci Qlobal Forum keçirilmişdir. Forum Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı, BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO və Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Forumda 165 ölkədən 700-dən artıq hökumət nümayəndəsi iştirak etmişdirlər. 12-16 noyabr 2014-cü il tarixlərdə Bakı şəhərində Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı keçirilmişdir. Çempionatda 34 ölkədən 240 nəfər iştirakçı və rəsmi nümayəndə iştirak etmişdir.

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ilin yanvar - fevral aylarında Nazirlik tərəfindən növbəti müsabiqə keçirilmişdir. Müsabiqə nəticəsində ümumi məbləği 2.020.559 manat və 115.000 avro olan 110 layihə dəstəklənmişdir.

Ümumilikdə  2014-cü il ərzində 156 tədbir keçirilib, onlardan 122 yerli, 34 isə beynəlxalq səviyyəli olmuşdur. 420 nəfər gənc xarici ölkələrə ezam olunmuş, 2793 nəfər isə Azərbaycan Respublikasında qəbul edilmişdir.

Bu il ölkəmizdə nazirlik tərəfindən vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini aşılayan: “Hünər IX”, “Şahin”, “Cəsurlar” yarışları,  Dövlət bayrağı günü, Əsgər bayramı, Gənclər folklor festivalları keçirilib

Yaradıcı və intellektual gənclər  üçün “Breyn rinq”, “Mən Azərbaycanda yaşayıram” foto müsabiqə, “Gənc alimlərin Bakı beynəlxalq forumu”, “Xəzər Kuboku III”, “IV Beynəlxalq Uşaq Muğam festivalı” və s keçirilib

Sağlam həyat tərzinin təbliği istiqamətində  : QİCS -ə qarşı hazırlanmış “Həyatla oyun”, “Günahsız günahkarlar” tamaşaları regionlarda nümayiş etdirilmiş, “Sağlam cəmiyyətə doğru” adlı layihə, “Sağlam həyat” yaradıcılıq sərgisi və s keçirilişmişdir

Gənclər sahəsində gerçəkləşdirilən layihələr sırasında  : “Sabahın alimləri III Respublika müsabiqəsi”, “Avropa Tələbələr Birliyinin  idarə heyətinin 67-ci iclası”, “Online fikir bankı”, “AMOR:  dialoq və fəaliyyət” və s layihələr keçirilib.

İdman

 2014-cü ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 300-dən çox respublika yarışları (2013-cü ildə 298 yarış) təşkil edilmiş, 55 beynəlxalq yarış (2013-cü ildə 57 yarış) keçirilmişdir. Xarici ölkələrdə keçirilmiş 320 beynəlxalq yarışlarda isə (2013-cü ildə 281yarış) ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.

2014-cü il ərzində Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında  275 qızıl, 255 gümüş və 275 bürünc, ümumilikdə isə 805 medal (2013-cüi ildə 782 medal- 280 qızıl, 233 gümüş, 269 bürünc ) əldə edilmişdir. Bunlardan 278 medal  (89 qızıl, 80 gümüş, 109 bürünc) olimpiya, 527 medal isə (186 qızıl, 175 gümüş, 166 bürünc) qeyri-olimpiya idman növlərindən olmuşdur.

İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 160 təlim-məşq toplanışlarında (2013-cü ildə 154 toplanış) iştirak etmişdir. Bu təlim-məşq toplanışlarından 115-i Azərbaycanda, 45-i isə xarıcı ölkələrdə keçirilmişdir. Təlim-məşq toplanışlarında ümumilikdə 6500 nəfərədək idmançı iştirak etmişdir.

2014-сü il ərzində müxtəlif idman növləri üzrə 98 məşqçi-müəllimə ixtisas kateqoriyası verilmişdir. O cümlədən, 3 nəfər ali, 83 nəfər birinci  və 12 nəfər ikinci ixtisas kateqoriyası almışdır. 

44  nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”,  85 nəfər “Azərbaycan Respublikasının əməkdar məşqçisi”,  7 nəfər  “Azərbaycan Respublikasının əməkdar idman ustası”,  32 nəfər “Respublika dərəcəli hakim”  fəxri adları almışlar.  127 nəfər isə “İdman ustası” normasını yerinə yetirmişdir.

Bakı şəhərində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən və 100-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) 77-ci konqresi, 38 ölkədən 700-ə yaxın idmançının iştirakı ilə Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakterli atletika üzrə Avropa Təsnifat Turniri, 33 ölkənin 500-dən çox gimnast və rəsmi nümayəndə heyətinin iştirakı ilə Bədii gimnastika üzrə  30-cu Avropa çempionatı, taekvondo üzrə Avropa çempionatı və yeniyetmələr arasında Dünya birinciliyi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.

Uğurlu nəticələr

 Yeniyetmələrin II Olimpiya Oyunları 14-28 iyul 2014-cü il tarixlərdə Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilmişdir. 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak etmişdir. Azərbaycan bu oyunlarda 9 idman növündə 21 idmançı  ilə təmsil olunmuşdur.

Nəticədə Azərbaycan 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və  medal qazana bilmış 86 ölkə arasında 10-cu yeri, qazanılmış medalların sayına görə isə (12 medal) 14-cü yeri tutmuşdur. Komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında  3-cü,  İslam ölkələri arasında isə 1-ci yerdə olmuşdur.

08-14 sentyabr 2014-cü il tarixlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş sərbəst güləş üzrə dünya çempionatında Hacı Əliyev yüksək nəticə göstərərək dünya çempionu adını qazanmışdır.

01-04 may 2014-cü il tarixlərdə Bakı şəhərində keçirilmiş taekvondo üzrə Avropa çempionatında Radik İsayev qızıl medal qazanmışdır.

01-08 aprel 2014-cü il tarixlərində  güləş üzrə Finlyandiyanın Vantaa şəhərində keçirilmiş kişilər arasında Avropa çempionatında Mariya Stadnik, Hacı Əliyev və Ruslan Dibirqadjiyev Avropa  çempionu adını qazanmışlar.

13-21 sentyabr 2014-cü il tarixlərdə şahmat üzrə İspaniyanın Bilbao şəhərində keçirilmiş klublararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət “SOCAR Azərbaycan” komandası 2-ci dəfə Avropa çempionu adını qazanmışdır.

01-08 iyun 2014-cü il tarixlərdə Rumıniyanın paytaxtı Buxarest  şəhərində keçirilmiş boks üzrə Avropa çempionatında Yelena Vistropova qızıl medal qazanmışdır.

“Qarabağ” futbol klubu UEFA liqasında qrup mərhələsində uğurla çıxış edərək, Azərbaycan klubları arasında ilk dəfə olaraq 6 xal toplamışdır.

Təmir-tikinti işləri

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2014-cü ilin yanvar ayının 21-də sayca 41-ci olan Göygöl Olimpiya İdman Kompleksinin, aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının, Gimnastika Arenasının yanında məşq zalının və köməkçi qurğuların tikintisi obyektinin I mərhələsinin, mayın  29-da  Respublika İdman Tibb, Diaqnostika və Reabilitasıya İnstitutunun,  oktyabrın 17-də Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzinin açılış mərasimləri keçirilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Bakı şəhərinin Xəzər rayonunda inşa edilən  Gənclər Evinin, may ayında Sabunçu və Suraxanı rayonlarında inşa edilən Gənclər Evlərinin açılış mərasimləri keçirilmişdir.

Hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır. Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, 13 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən Gəncə, Şirvan və Şəki şəhərlərində, Bərdə, Tovuz, Quba rayonlarında Gənclər Evləri inşa edilir. Sumqayıt şəhərində Gənclər evinin tikintisi başa çatdırılmışdır və açılış üçün hazırdır. Şamaxı rayonunda Gənclər Evinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması başa çatmışdır və yaxın vaxtlarda tikintisinə başlanacaqdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonunda Gənclər Evinin, Xəzər rayonunun Buzovna qəsəbəsində idman zalının, Türkan qəsəbəsində idman zalının, Sənqəçal və Ələt qəsəbələrində idman zalının tikintisi, Qaradağ rayonunun Qobustan qəsəbəsində idman zalının tikintisi, Qaradağ rayonunda Gənclər Evinin, Suraxanı rayonunun Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalının, Yeni Suraxanı və Günəşli qəsəbələrində mini futbol meydançalarının, Yeni Günəşli qəsəbəsində şahmat məktəbinin tikintisi, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində idman zalının və mini futbol meydançasının tikintisi işləri davam etdirilir.

Nəsimi rayonu H.B.Əliyev küçəsi 46 və 52 saylı binaların arasında mini  idman meydançasının, Suraxanı rayonunun Əmircan qəsəbəsində mini-futbol meydançasının, Mərdəkan qəsəbəsində mini futbol meydançasının tikintisi işləri başa çatmışdır. Tikintisi başa çatmış obyektlərin  istismara təhvili üzrə işlər aparılır.

I Avropa Oyunları ilə əlaqədar  Bakı şəhərində böyük idman infrastrukturu yaradılmaqdadır. Hal-hazırda çimərlik voleybolu, çimərlik futbolu, 3x3 (üçün üçə) basketbolu, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, açılış və bağlanış mərasimləri, eləcə də atletika idman növü üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulmuş 68000  tamaşaçı tutumu olan Futbol stadionunun, BMX –Velosipedi  və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin,  Bakı İdman Sarayının əsaslı təmiri işləri uğurla həyata keçirilir.

Kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğuların qurulması üzrə bir sıra işlər yerinə yetirilmişdir. 68000  tamaşaçı tutumu olan Futbol stadionununda əlavə işlər yerinə yetirilir. Kanoye idman yarışlarının keçirilməsi məqsədi ilə Mingəçevir “Kür” Olimpiya Tədris İdman  Mərkəzində əlavə işlərin icrasına başlanılmışdır.

Eyni zamanda, idman nümayəndə heyətləri üçün atletlər kəndi və media nümayəndələri üçün media kəndi üzrə işlər  nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilir. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.