Şotlandiyada Ebola virusuna ilk yoluxma faktı qeydə alınıb
29 dekabr, 2014 11:17
İTAR-TASS-a istinadən xəbər verir ki, bu faktı yerli hökumət də təsdiq edib.
Onların sözlərinə görə, virusa yoluxan xəstə bu yaxınlarda Sierra-Leonedən qayıdan tibb işçisidir. O, hazırda Qlazqo şəhərindəki xəstəxanaların birində ciddi nəzarət altındadır.
Həkimlər xəstəliyin erkən dövrdə aşkarlandığını bildiriblər.