Xəbərlər

Natiq Əmirov: “Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq”
29 dekabr, 2014 11:14
Verdiyi məlumata görə, sözügedən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinin tətbiqi ildən-ilə büdcəyə daha çox maliyyə vəsaitinin daxil olmasına imkan verir, bu da nəzərdə tutulan işlərin həyata keçirilməsinə şərait yaradır.
 
Vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə dəyişikliklər barədə məlumat verib. O bildirib ki, ən mühüm dəyişiklik yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsinin gəlir vergisindən azad olmasıdır.
 
“Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”, - deyə N.Əmirov bildirib.
 
Müzakirələr zamanı deputat Vahid Əhmədov sözügedən dəyişikliyi bir il sonra müzakirə etməyi təklif edib.
 
Komitənin sədrinin müavini Çingiz Əsədullayev isə V.Əhmədovun təklifinin əksinə olaraq ümumiyyətlə, güzəştlərin ləğvini daha məqbul hesab edib. 
 
Deputatın fikrincə, əmanətlərin illik gəlirinin 500-dək olan hissəsinin vergidən azad olunması banklar üçün müəyyən problemlər yaradacaq: 
 
“Əgər bu dəyişiklik qalarsa, banklar proqram təminatını yeniləməli olacaq”.
 
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.