Sosial müdafiənin inkişafı üzrə 70 yeni peşə standartının layihələri hazırlanıb
30 dekabr, 2014 11:14
Nazirliyə istinadən xəbər verir ki, standartlar Dünya Bankı ilə birgə “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində hazırlanıb.
Beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə hazırlanan peşə standartları əsasən nəqliyyat, tkinti, turizm, emal sənayesi, ticarət, biznesin idarə edilməsi, kənd təsərrüfatı və fərdi fəaliyyət sektorlarını əhatə edir. Peşə standartları əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılmasına, kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilinə xidmət edir.
Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən ilin sonlarında iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 200 peşə standartı sahibkarların istifadəsinə verilib. Ümumilikdə müxtəlif sahələrə aid 5 minədək peşə standartının hazırlanması nəzərdə tutulur.