Xəbərlər

İlham Əliyev Yaponiya və Tunis liderlərini təbrik edib
26 dekabr, 2014 14:10

Dövlət başçısı Şinzo Abeyə yazdığı məktubda bildirib:

“Hörmətli cənab baş nazir, Yaponiyanın baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

İlham Əliyev Tunis Respublikasının yeni seçilmiş prezidenti Beji Kaid əs-Sebsiyə ünvanladığı məktubda qeyd edib:

“Hörmətli Beji Kaid əs-Sebsi, Tunis Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.