2014-cü ilin ən yaxşı futbol çempionatı və komandası məlum olub
26 dekabr, 2014 14:08
Futbol mütəxəssisləri arasında aparılan sorğunun nəticələrinə görə, “Barselona” və “Çelsi”ni qabaqlayan “Bavariya” ilin klubu seçilib.
Çempionlar Liqası və Dünya Klub Çempionatının qalibi olan “Real” siyahıda dördüncü yeri tutub.
İlin ən yaxşı futbolçusu adına portuqaliyalı Kriştianu Ronaldu layiq görülüb. Siyahıda ikinci və üçüncü yerləri argentinalı Lionel Messi və alman qapıçı Manuel Noyer tutub.
İlin ən yaxşı futbol liqası adına üç ildir birinciliyi əldən verməyən İngiltərə Premyer liqası layiq görülüb. Reytinqdə növbəti yerləri İspaniya, Almaniya, İtaliya və Fransa çemrpionatları tutub.