“Nadir şah” tamaşasının premyerası olacaq
25 dekabr, 2014 17:48
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə əməkdar artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib.
Tamaşada Nadir şah obrazını xalq artisti Ramiz Novruz və əməkdar artist Məmməd Səfa canlandırıblar. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada əməkdar artistlər Vidadi Həsənov (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xan – Moğol şahının vəziri), Əli Nur (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xan – Moğol şahının vəziri), Pərviz Məmmədrzayev (Məhəmməd şah – Moğol şahı, Miyanqala sərkərdəsi), Elşən Rüstəmov (Təhmasib xan Cəlayir, Qızlar Ağa, Nizamül-Mülk – Moğol şahının vəziri), İlham Hüseynov (Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin), Ayşad Məmmədov (Dauran xan – Moğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), aktyorlar Hikmət Rəhimov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Amid Qasımov (Rzaqulu – Nadir şahın oğlu, Kamuşkin – Rusiya elçisi), Ramin Şıxəliyev (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Şamil İbrahimov (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Oqtay Mehdiyev (Məhəmməd şah – Moğol şahı, Miyanqala sərkərdəsi), Vüsal Mustafayev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Vüqar Hacıyev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Elgün Həmidov (Dauran xan – Moğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), Əminə Babayeva (Qadın, Bizi-dayə), Nigar Güləhmədova (Fatimə soltan bəyim, Sərvi), Könül Cəfərzadə (Fatimə soltan bəyim, Sərvi), Adil Dəmirov (Oğul) çıxış edirlər.