Bahar Muradova dekabrın 25-də parlament komitələrinin birgə iclasının müzakirəsinə çıxarılmış “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.
“Onsuz da istənilən qanun layihəsi ilə bağlı millət vəkillərinin fikirlərini, təkliflərini hər zaman eşitmək, dinləmək imkanımız var. Onlar bu hüquqlarından hər zaman yararlanırlar və yararlana bilərlər”, - deyən B.Muradova, eyni zamanda hesab edir ki, qanun layihəsinin müzakirəsinə dəvət edilmiş qonaqların, ekspertlərin fikirlərini, təkliflərini dinləməyə daha çox üstünlük verilməlidir.
“Bu gün, məsələn, iki nəfər qanun layihəsi ilə bağlı öz fikir və təkliflərini bildirdi, biz yeni nəfəs duyduq, maraqlı təkliflər eşitdik. Odur ki, müzakirələrə dəvət edilmiş qonaqların fikirlərini daha çox dinləməli və qanun yaradıcılığı prosesində, konkret qanun layihəsinin təkmilləşdirilməsində həmin fikirlərin içərisində maraqlı, vacib olanları nəzərə almalıyıq”, - deyə B.Muradova daha sonra sözlərinə əlavə edib.