Hindistanda soyuqdan ölənlərin sayı artıb
25 dekabr, 2014 17:47
TASS-a istinadən xəbər verir ki, ölənlərin çoxu Uttar-Pradeş ştatının sakinləridir.
Ştat ərazisində havanın temperaturu iqlim normasından 10 dərəcə aşağı düşərək mənfi 3 dərəcəyədək enib.
Hava şəraiti ilə əlaqədar olaraq qatar və təyyarə reysləri təxirə salınıb, nəqliyyatın hərəkətində problemlər yaranıb. Hökumət yerli məktəbləri dekabrın 28-dək bağlı elan edib. Sinoptiklərin məlumatına görə, anomal hava şəraiti hələ bir neçə gün davam edəcək.
Hökumət evsizlər üçün müvəqqəti yaşayış yerlərinin yaradılması, onların isti geyimlə təmini üçün 170 min dollar ayırıb.