Xəbərlər

Şahin Abdullayev Misir televiziyasına ilk Avropa Oyunlarına hazırlıqdan danışıb
24 dekabr, 2014 16:26

 Ş.Abdullayevilk Avropa Oyunlarının Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, idmanın və olimpiya hərəkatının Azərbaycanın siyasətinin mühüm bir hissəsi olduğunu vurğulayıb.

Səfir Azərbaycanın müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, ölkənin idman potensialını tam nümayiş etdirmək imkanı qazandığını, artıq 2000-ci ildə Sidney şəhərində öz milli Olimpiya komandası ilə çıxış etdiyini, həmin yarışlarda azərbaycanlı idmançıların ikisi qızıl, biri bürünc medal olmaqla 3 medal qazandıqlarını xatırladıb.

Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında 10 medal qazandığını qeyd edən səfir, dünyanın 200 ölkəsi arasında Azərbaycanın 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirib.

Diplomat “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı ciddi hazırlıq işlərinin aparıldığını və gələn il iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını deyib.

Avropa Oyunları üçün tikilən yeni stadionun 65 min azarkeş üçün nəzərdə tutulduğunu və Qafqazda ən böyük stadion sayıldığını qeyd edən Ş.Abdullayev, görülən işlərin Beynəlxalq Olimpiya Hərəkatı təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan səfir, son on il ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyni deyib.

Ş.Abdullayev fürsətdən istifadə edərək, Azərbaycanın əsas problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və işğal olunmuş ərazilərinin azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Ermənistanın məhəl qoyulmadığını söyləyib.

Səfir sözügedən münaqişənin hələ də davam etməsinə baxmayaraq, ölkədə siyasi sabitliyin hökm sürdüyünü, iqtisadi inkişaf tempinin artdığını, ölkənin inkişafında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və qurduğu düzgün idarəçilik sistemi əsasında Azərbaycanın son illər ərzində irəliyə doğru uğurlu addımlar atdığını vurğulayıb.

Müsahibə efirə verilərkən Azərbaycanın son illər yüksək inkişaf tempini və “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini işləri əks etdirən video çarxlar nümayiş etdirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.