Musiqili Teatrın kollektivi hərbi hissədə çıxış edəcək
24 dekabr, 2014 16:25
Teatrın mətbuat xidmətindən Gün.Az-a verilən məlumata əsasən, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə N saylı hərbi hissənin əsgərləri qarşısında bayram konserti ilə çıxış edəcək.
Əsgərlər xüsusi olaraq onlar üçün təşkil olunmuş konsert proqramında teatrın repertuarına daxil olan Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, Süleyman Ələsgərov və İsi Məlikzadənin “Subaylarınızdan görəsininz” komediyalarından müxtəlif səhnələri izləyə biləcəklər.
Əməkdar artistlər Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nahidə Orucova, 2014-cü ilin aktrisası seçilmiş Gültac Əlili, Hüseyn Əlili və başqaları bir-birindən maraqlı səhnəcik və musiqi nömrələriylə çıxış edəcəklər.
Qeyd edək ki, bayram konsertinin aparıcısı əməkdar artisti Əkbər Əlizadə olacaq.