Leyla Əliyeva atasını belə təbrik etdi
24 dekabr, 2014 16:24
L.Əliyeva prezident İlham Əliyevə olan ürək sözlərini yazıb:
“Əziz ata! Səni təbrik edirəm! Xoşbəxtlik, sağlamlıq və hər şeyin ən yaxşısını diləyirəm! Demək istəyirəm ki, sənin kimi atam olduğu üçün çox xoşbəxtəm. Yəqin ki, hər bir insanın özünə görə yaxşı keyfiyyətləri var. Amma səndə bütün yaxşı, nəcib və xeyirxah keyfiyyətlər bir arada cəmləşib. Sənin ailəmizə olan sonsuz sevgin və qayğın bizə özümüzü etibarlı, sabahkı günə daha əmin hiss etməyə imkan verir. Mən səni çox sevirəm!”