Akif Əlizadə: "Elmin nailiyyətləri, alimlərin uğuru var, amma onların innovasiya həyatında yeri görünmür"
24 dekabr, 2014 16:23
Elmin nailiyyətləri var, alimlər uğura malikdirlər, amma onların innovasiya həyatında yeri görünmür”.
Gün. Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə institutun illik hesabat yığıncağında çıxışında deyib.
AMEA prezidenti bildirib ki, Azərbaycanın geologiya və yer elmlərinə dair çox böyük həcmli regional işlər də görmək lazımdır.
Onun dediyinə görə, keçən həftə alimlərin qurultayında Gürcüstan Elmlər Akademiyasının prezidenti çıxışında qeyd edib ki, biz birgə şəkildə Qara dənizdən Xəzərə kimi olan sahəni, regionu öyrənə bilərik:
"Birgə işlər nəticəsində Qara dənizdən Xəzərə kimi olan böyük Qafqazın geoloji-geofiziki problemlərini ortaya qoya bilsək, yüksək nəticələr əldə etmiş olarıq. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də deyir ki, köhnə neft yataqlarında tədqiqatları gücləndirsək, 1-2 yeni yatağın açılmasına nail ola bilərik. Onlar bu məsələdə alimlərə müraciət edir. Bu istiqamətdə düşünmək lazımdır”.