İŞİD lideri öldürüldü
24 dekabr, 2014 16:22
ANS PRESS-ə istinadən xəbər verir ki, Əlcəzair ordusu tərəfindən təşkil edilən əməliyyatda terrorçuların lideri Abdulmelik Kavri öldürülüb.
Əlcazair Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Abdulmelik Kavri terrorçular tərəfindən ölkənin əmiri seçilibmiş. Öldürülən terrorçuların üzərindən 2 "Kalaşnikov" avtomatı, snayper tüfəngi, çoxlu miqdarda partlayıcı qurğu və hərbi sursat götürülüb.
Fransız alpinist Herve Pier Kurdelin öldürülməsini boynuna götürən "Xəlifənin Əsgərləri" təşkilatına qarşı əməliyyatları uzun müddətdir davam edir.