Xəbərlər

Şahin Mustafayev: Əldə edilən uğurlar İlham Əliyevin müəllifi olduğu inkişaf modelinin müasir çağırışlara cavab verdiyini nümayiş etdirir
24 dekabr, 2014 16:21
Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”. 
 
Gün.Az xəbər verir ki,  bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı deyib.
 
Onun bildirdiyinə görə, ötən müddət ərzində bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir:
 
"Məhz cənab Prezidentin gündəlik çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, tarix baxımından o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth edib, siyasi sabitliyin, xalqla dövlətin birliyinin daha da möhkəmlənməsinə nail olub, iqtisadi qüdrəti günü-gündən artan, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə çevrilib. Əldə edilən bu uğurlar Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modelinin müasir çağırışlara cavab verdiyini, davamlı yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir. Mən bu gün onların bəzilərinin üzərində xüsusi dayanmaq istərdim.
 
Cənab Prezidentin sosial iqtisadi inkişaf strategiyasının ən səciyyəvi cəhətlərindən biri bu strategiyanın elmi əsaslara söykənməsi, hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsidir. Təsadüfi deyil ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib, onlardan 104-ü tam icra olunmuş, digərləri icra olunmaqdadır".
 
Nazir qeyd edib ki, bu proqramların uğurlu icrası nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf təmin olunub, ÜDM 3 dəfə artıb, artıq 6 ildən çoxdur ki, dünyada davam edən və siyasi, iqtisadi, sosial kataklizmlərlə müşaiyət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf edib, qarşıya qoyulmuş məqsədlərə nail olunub, nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib:
 
"Hətta son zamanlar bəzi region ölkələrində yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir”.
 
Nazir sonra  bildirib ki, son 10 ildə ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub. “Əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37% təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59%-ə çatıb və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam etməkdədir.
 
Ümumilikdə, görülmüş irimiqyaslı işlərin nəticəsində, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlayıb, bir sıra sənaye məhsulları ilə özünütəminat səviyyəsi yüksəlib, qeyri-neft sənayesi 2.2 dəfə, o cümlədən tikinti materiallarının istehsalı 2.5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2.1 dəfə, metallurgiya sənayesi 2.2 dəfə, geyim istehsalı 2.5 dəfə artıb, sənayenin ÜDM-də xüsusi çəkisi 48%-ə çatıb.
 
Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan verəcək".
 
Nazir deyib ki, ölkə başçısının müəyyən etdiyi digər mühüm strateji xətt sözsüz ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Maraqların toqquşduğu mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmiz üçün bu xətt həyati əhəmiyyət kəsb edir və daxili bazarın neqativ xarici təsirlərdən etibarlı qornmasını təmin edir:
 
“Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir. Belə ki, regionların, habelə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları rayon və qəsəbələrin iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib.
 
Artıq Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar bu strategiyanın nəticələrini öz gündəlik həyatında hiss edir və əvvəllər mövcud olmuş əhalinin iri şəhərlərə axını meylləri aradan qalxıb".
 
Onun sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının reallaşdırılması ölkə başçısının apardığı iqtisadiyyatın diversifikasiyası siyasətində mühüm yer tutur.  “Bu məqsədlə son on ildə Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası ilə dövlət sərhədinədək magistral və bir çox digər avtomobil yollarının tikintisi layihələri icra olunub və ya olunmaqdadır, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi, 7 hava limanı istifadəyə verilib, çoxsaylı digər infrastruktur layihələri həyata keçirilib.
 
Cənab Prezidentin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq əhəmiyyətli tranzit qovşağı kimi rolunu daha da yüksəldəcək, uzun illər ölkəmizin mənafeyinə xidmət edəcək..."
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.